



Layihə haqqında

İnsan psixikasına fəal təsir edən məhvumun adıdır musiqi. Həyatın ayrılmaz bir hissəsinə çevrilən musiqi hisslərimizin oyanmasına, cilovlanmasına və həmçinin mənəvi varlığımızın fərqinə varılmasında da ən təməl rolu oynayır. Nəticə etibarı ilə görünür ki həyatımızı musiqisiz təsəvvür etmək qeyri-mümkündür, bəs texnologiyanın ana daşıyıcılarından biri olan radionu necə? Əlbəttə, radio da bu məhvumdan öz nəsibini alıb həmdə necə lazımdırsa...
Biz bu gün həyatımızda olduqca xüsusi yeri olan musiqini radioda dinləməklə təkcə iki mədəniyyəti bir-biri ilə qovuşdurmur eyni zamanda öz bədii estetik görüşümüzü də inkişaf etdiririk.
Vətənimiz Azərbaycanın musiqi tarixinə nəzər yetirdikdə görürük ki, o necə dərin və keyfiyyətli musiqilərlə zəngindir. Bu zənginliyin ən əsas örnəklərindən biri kimi təkcə Üzeyir Hacıbəyovu göstərmək kifayət edər lakin gəlin bu tarixə daha dərindən nəzər yetirək. Bəli Üzeyir Hacıbəyov bir tarixin əsasını qoydu bəs sonra bu tarixi genişləndirənlər kimlər oldu?
Hacıbəyovdan sonra yurdumuz musiqisi daha da dünyəviləşdi, bir çox janrlar tanıdı və hər bir janrda ayrıca özünəxas tarixini yazdı. Məsələn muğam ilə Amerika musiqi janrı olan caz musiqisinin sintezini yaradan Vaqif Mustafazadə yazdı bu tarixin ardını və ya 1960-cı illərdə yaranmağa başlayan rok janrını 1970-ci illərdə Azərbaycanda yayan «Üç alov» və «Aşıqlar» qrupu onların mirasını davam etdirən «Yuxu» qrupu və 1983-cü ildə Azərbaycanda ilk dəfə olaraq Çingiz Mustafayev tərəfindən təməli qoyulan hip-hop janrı ilə davam etdirildi bu tarix.
Göründüyü kimi musiqi tariximiz necə zəngindir... Bu zənginliyin müəllifləri təkcə öz sahələrinə uyğun janrların təməlini qoymaqla kifayətlənməyib həmçinin yaratdıqları dərin mənalara malik musiqilərlə dinləyicilərin zövqünü oxşayıblar.
Biz isə Sarı Gəlin radiosu olaraq əsas məqsədimiz dəyərli dinləyicilərimizi ana dilimizdə oxunan tarixi, klassik və müasir musiqilərimizlə tanış etməkdir. Biz bilirik ki, hər musiqi keyfiyyətli deyil biz isə keyfiyyətli musiqilər dinləmək istəyirik. Sizlərdə radiomuzdan müxtəlif janrda keyfiyyətli musiqilər dinləyə bilərsiniz. Son olaraq Sarı Gəlin radiosu olaraq dəyərli dinləyicilərimizə xoş dinləmələr arzu edirik. Musiqi ilə qalın.
ALL RIGHTS RESERVED©2019 - Radio "Sarı Gəlin" by Emil Aliyev
Android APK

Son 10 oxunan mahnı:
|
|