AZERBAIJANI FOLK DANCES  *  CHILDREN`S SONGS  *  MEIKHANA  *  RAP  *  POP MUSIC  *  ROCK  *  JAZZ  *  CLASSIC MUSIC  *  ASHUG MUSIC  *  AZERBAIJANI FOLK SONGS  *  HISTORY OF MUSIC  *  
  • Ana səhifə
  • Proyekt haqqında
  • Məktup yaz
  • Azərbaycan musiqi
    • Musiqi sənətinin inkişaf tarixi
    • Azərbaycan musiqiləri
    • Azərbaycan muğamı
    • Aşıq musiqisi
    • Klassik musiqi
    • Estrada musiqisi
    • Meyxana
    • Caz (Jazz)
    • Vokal
    • Rok (Rock)
    • Rep (Rap)
    • Uşaq musiqisi
    • Azərbaycan xalq rəqsləri
  • Azerbaijan music
    • History of Music
    • Azerbaijani folk songs
    • Ashug music
    • Classic music
    • Jazz
    • Rock
    • Pop music
    • Rap
    • Meikhana
    • Children songs
    • Azerbaıjani folk dances
  • "Sarı Gəlin" mahnısının tarixi
  • Musiqi direktoru:
          Oqtay Əliyev
  • FACEBOOK

Radio "Sarı gəlin" təqdim edir:




KLASSİK MUSİQİ

Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Radio Sari Gelin
Azərbaycan klassik musiqisinin yaranması
Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri - neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın - Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.
30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.


  • Yazı haqqında
  • Oxşar yazılar

_Emil_

Yazan

11-06-2020, 23:29

Yerləşdirmə tarixi
  • Baxılıb: 173
Azərbyacan musiqisi
MUSİQİ SƏNƏTİNİN İNKİŞAF TARİXİ
Azərbyacan musiqisi
AZƏRBAYCAN MUĞAMI
Azərbyacan musiqisi
AZƏRBAYCAN MUSİQİLƏRİ
Azərbyacan musiqisi
AŞIQ MUSİQİSİ
ALL RIGHTS RESERVED©2019 - Radio "Sarı Gəlin" by Emil Aliyev
Android APK
Telefonda dinləmək üçün (Android OS) bu barkodla və ya BU LİNKDƏN endirin. Program yüklənəndən sonra onu qurulduğu zaman çıxacaq suala "Davam et" tuşuna basın. Proqram Play Marketdə olmadığı üçün bu sual verilir

Son 10 oxunan mahnı:
%songtime%   %song%